Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLU

15 Nisan 2017
1 265
0
Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLU
Çatlar dəri səthində naməlum rənglərdə müşahidə edilən cizgilərdir. Bədəndə əsasən qarın ətrafında, ayağın bud hissəsində, qolların üstündə, omba və sinə bölgəsində yaranır. Çatlar bəzən də bədəndə daha geniş bir yer tutur. Çatların səbəbi çox zaman hamiləlik olsa da, ani kökəlmək və arıqlamaq, genetik faktorlar, stress də çatlara səbəb ola bilər. Başlanğıcda çəhrayı və ya qırmızı görünsə də, getdikcə daha nazik, gümüşü rəng alır və qalıcı hala gəlir.

FeatAz
lent.az-a istinadən bədəndəki çatlardan xilas olmağın bir neçə təbii yolunu təqdim edir.

1. Hind yağı

Qırışlar, yaşlılıq, dəri ləkələri, sızanaq kimi bir çox dəri probleminin müalicəsində istifadə edilən hind yağını çatlardan xilas olmaq üçün də istifadə etmək mümkündür. Problemli bölgələrə bir az hind yağı sürtün və 5-10 dəqiqə ərzində dairəvi hərəkətlərlə masaj edin. Yağ sürtdüyünüz bölgəni nazik pambıq parçaya sarıyın. Üzərinə isti su torbası və ya isti su doldurduğunuz şüşə qabı ən az yarım saat ərzində saxlayın. Müsbət nəticələr almaq üçün bu prosesi bir ay ərzində hər gün təkrarlayın.

2. Aloe vera


Aloe vera sakitləşdirici təsirə malikdir. Bu xüsusiyyəti sayəsində bir çox dəri probleminin müalicəsində istifadə olunur. Çatlar olan bölgəyə aloe veranı birbaşa sürtün, 15 dəqiqə ərzində saxlayın və daha sonra bölgəni ilıq su ilə yaxalayın.
Bir başqa üsul: Aloe vera, E vitamini və A vitamini kapsullarını qarışdıraraq istifadə edə bilərsiniz. Qarışığı ovalayaraq dərinizə yaxşıca yedirin və bunu gündəlik olaraq təkrarlayın.

3. Yumurta ağı


Yumurta zəngin zülal qaynağıdır. Lakin çatlar üçün yumurtanın amin turşusu və zülal baxımından zəngin hissəsi olan ağını istifadə edə bilərsiniz. Əvvəl problemli bölgəni su ilə təmizləyin və yaxşıca çırpdığınız yumurta ağını bir fırçanın köməyi qalın bir təbəqə halında sürtün. Yumurta ağının qurumasını gözləyin və daha sonra bölgəni soyuq su ilə yaxalayın. Son olaraq dərini nəmləndirmək üçün bir az zeytun yağı sürtün. Nəticə ala bilmək üçün bu əməliyyatı ən az iki həftə ərzində hər gün təkrarlayın.

4. Limon suyu

Çatların görünməsini azaltmağın digər bir sadə yolu isə limon suyudur. Limon suyunu dairəvi hərəkətlər formasında problemli bölgəyə tətbiq edin. İlıq su ilə durulamazdan əvvəl 10 dəqiqə ərzində dərinizin limonu yaxşıca əmməsinə imkan verin.
Bir digər variant: Bərabər miqdarlarda limon suyunu və xiyar suyunu qarışdıraraq çatların üzərinə çəkin.

5. Şəkər tozu

Şəkəri tozunu peeling kimi də istifadə edə bilərsiniz. Bir çay qaşığı şəkər tozu və badam yağını bir neçə damcı limon suyu ilə yaxşıca qarışdırın və probleminiz olan bölgələrə sürtün. Hər gün duş almazdan əvvəl qarışımı dərinizə çəkin. Bunu bir ay ərzində etsəniz, çatların rənginin açıldığının fərqinə varacaqsınız.

6. Kartof suyu


Orta boy kartofu dilimləyin. Bir parça götürüb çat olan bölgələrə bir neçə dəqiqə ərzində sürtün. Kartofun nişastasının bölgəyə yaxşıca yayıldığına əmin olun. Dərinin kartofun suyunu əmməsinə imkan verin və bölgəni ilıq su ilə yuyun.

7. Kakao yağı

Təbii bir nəmləndirici olan kakao çatların görünüşünü azalda bilər. Kakao yağını bir neçə ay ərzində gündə ən az iki dəfə tətbiq etməlisiniz. Ya da yarım fincan kakao yağını 1 çay qaşığı buğda toxumu yağı, 2 çay qaşığı qədər rəndələnmiş bal şanı, bir çay qaşığı günəbaxan yağı və E vitamini ilə qarışdıraraq da tətbiq edə bilərsiniz. Bu qarışımı bal şanı yaxşıca əriyənədək isidin. Eyni zamanda, qarışımı hava almayan bir qabda soyuducuda saxlaya bilərsiniz. Gündə iki-üç dəfə istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.