Yaddaş zəifliyinin qarşısını almağın yolları...

15 Nisan 2017
1 484
0
Yaddaş zəifliyinin qarşısını almağın yolları...
Alimlərin hesablamalarına görə insan beyninin ən yaxşı işlədiyi yaş dövrü 24 yaşdır. Bu yaş dövründən sonra insan beynində yaddaş zəifləyə bilir. Bəzi çalışmalar var ki, onları etsəniz, beyində yaşlanmanın qarşısını ala bilərsiniz.

Yaddaşınızı gücləndirmək üçün ilk növbədə zamanınızı doğru dəyərləndirin. İnsanların bəzilərinin yaddaşı, zəkası səhərlər, bəzilərinin isə günortadan sonra yaxşı işləyir. Siz beyninizin nə zaman daha yaxşı çalışdığını özünüz təyin edin.

Kitab oxuyun, amma həddindən çox elmin arxasınca getməyin. Çünki insan beyninə istirahət də lazımdır.

Gün ərzində etməli olduğunuz işlərin qeydiyyatını tutun.

Bundan başqa araşdırmalar kofenin insan zəkasına yaxşı təsir etdiyini təsdiqləyir. Amma kofedən də çox istifadə etmək olmaz.Gün ərzində 2 və ya 3 stəkan kofe içə bilərsiniz.

Miçiqan Universitetinin alimləri insanın zəkasının və hafizəsinin korlanmaması üçün yeni biliklər əldə etməyi tövsiyə edir. Yəni gün ərzində yeni xəbərlər əldə etməyə çalışın.

Yeni bir əl işi və ya yaradıcılıqla məşğul olmaq insanın beyin hüceyrələrini ölməyə qoymur. Fikirlərinizə bir şans verin. Hansısa bir iş barədə tez qərar verməyin. Hər bir şey ətrafında çoxlu düşünsəniz, yaddaşınız korlanmaz.

Yaddaşı zəif olan insanlara verilən məsləhətlərdən biri də,sol əl ilə rəsm çəkməyə çalışmaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.