Immun sistemini möhkəmləndirir, orqanizmi cavanlaşdırır - SAĞLAMLIQ MƏNBƏYİ
Yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, gutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar. Feat.Az saglamolun.az-a istinadən gicitkənin faydalarını sadalayır.
- Təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.
- A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.
- Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu, onlara daha tez ayağa qalxmağa kömək edirdi.
- Gicitkən qədimdən "qadın otu" sayılır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrılar zamanı kömək edir.
- Təzə gicitkən orqanizmə əlavə güc verir, orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir.
- Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir.
- Təzə gicitkən şəkərli diabet xəstələri üçün də faydalıdır.
Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.
Qanı qatı olan, varikoz xəstəliyi və yuxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.