Ancelina Colini arıqladan çay - RESEPT

20 Mayıs 2017
1 526
0
Ancelina Colini arıqladan çay - RESEPT
Hollivud ulduzu Ancelina Coli gözəlliyi və incə bədən quruluşu ilə hər zaman diqqət çəkir. Deyilənə görə, aktrisa xüsusi çay vasitəsilə formada qalır. O, bu pəhriz çayını Afrikada olarkən öyrəndiyini söyləyib. Feat.Az həmin çayın reseptini təqdim edir.

Hazırlanma qaydası:


Təzə zəncəfilin qabığını soyun, üzərinə iki fincan su töküb qaynadın. 6 dəqiqə qaynadıqdan sonra içərisinə 2 diş əzilmiş sarımsaq, 2 çay qaşığı bal, 2 çay qaşığı limon suyu əlavə edin. Kənara qoyub soyumasını gözləyin. Çay soyuq halda içilir.
Bu çay piy qatlarının parçalanmasına, yağların qısa vaxt ərzində əriməsinə kömək olur.

Çayı 3 həftə içib, eyni zamanda yoqa etməklə 11 kiloqram arıqlaya bilərsiniz.

Hər gün ən az 1 dəfə içmək məsləhətdir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.