Üz üçün “Minus 10" maskası

24 Mayıs 2017
1 547
0
Üz üçün “Minus 10" maskası
Sizə təqdim edəcəyim maska dərinin regenerasiyasını sürətləndirir, ölmüş toxumaları bərpa edir, dərinin rahatlaşdırır, tonusunu qaldırır, müsbət təsir edir.

Feat.Az
immunitet.az-a istinadən bildirir ki, maska yaşıl çayla hazırlanır və dəridəki qırışlrın açılmasına səbəb olur. Maskanı 6-8 həftə etdikdə dəridə arzu olunan effekti görmək mümükün olur. Maskanı bir-neçə dəfə tətbiq etdikdə onun dəridə yaratdığı möcüzələri görmək olur.

Maskanın hazırlanması:

* üyüdülmüş yaşıl çay - 1 xörək qaşığı
* kakao tozu - 0,5 xörək qaşığı
* bal - 1 çay qaşığı
* qaynar su

Kakao tozu və yaşıl çay qaynar suda qarışdırılaraq həlim halına salınır, soyuduqdan sonra ona bal əlavə edilir və qarışdırılır.Qarışım qatı olarsa ona az miqdarda ​zeytun yağı​​​ əlavə eləmək olar. Maska üzə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra isti su il yuyulur. Üzü qurutduqdan sonra dəriyə yumşaldıcı krem sürtülür. Maska 3 gündən bir 6-8 həftə tətbiq edilir. İstədiyiniz effekti aldıqdan sonra maskanı ayda bir dəfə təkrarlamağınız kifayətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.