Saçların yağlanmasına gətirən 6 səbəb

24 Mayıs 2017
1 887
0
Saçların yağlanmasına gətirən 6 səbəb
Əksər saç növünün ən böyük problemi saçın vaxtından tez yağlanmasıdır. Bəs bu vəziyyətin qarşısını almaq olarmı?

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, saçların yağlanması aşağıdakı səbəblərə görə baş verir.

1. Saçlara çox tez-tez toxunmaq

Üzdə olduğu kimi, gün ərzində əlləri saça sürtmək barmaq uclarındakı yağların saç telinə və kökünə keçməsinə səbəb olur.

2. Saçı tez-tez yumaq


Saçlardakı artıq yağlardan xilas olmaq üçün hər gün yumaq düzgün deyil. Hər gün yuyulan saçın yağ nisbəti pozulur. Bu da daha çox yağ ifrazına səbəb olur. Saçı həftədə 2-3 dəfə yumaq yağ nəzarətini təmin etmək üçün kifayətdir.

3. Həddinən artıq saç kremindən istifadə etmək


Saça uyğun olmayan kremlər saçda ağırlaşmaya səbəb olur. Eyni zamanda saç kremini tamamilə dayandırmaq saçın tez yağlanmasına səbəb olur.

4. Saçı çox daramaq

Saçı həmişə daramaq yağ ifrazını hərəkətə gətirir. Darayanda saç parlaq görünsə də qısa müddətdən sonra yağlı görünür.

5. Saç darağının çirkli olması


Saç darağında forma verən məhsullar, toz və saç telləri saçın sürətlə piylənməsinə səbəb olur. Bunun üçün saç fırçasını mütəmadi olaraq təmizləməyə diqqət edin.

6. Düzgün olmayan məhsullardan istifadə etmək


Hər saç növü üçün istifadə edilməli olan məhsullar var. Bu səbəblə saç növünüzə uyğun olan məhsullardan istifadə edin.

Əgər saçınız çox tez-tez yağlanırsa, yüngül formulalı məhsulları seçərək rütubət və parlaqlıq vəd edən məhsullardan uzaq durun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.