Böyrəklərinizin təhlükədə olduğunu bildirən 8 ƏLAMƏT
1. Şişkinlik
Böyrəklərin funksiyası zəiflədikdə böyrəklər mayenin hamısını xaric edə bilmir və orqanizmdə artıq maye yığılır. Bu da orqanizmdə şişkinliyə səbəb olur.
2. Sidiyə çıxma zamanı baş verən dəyişikliklər
* sidiyin rənginin dəyişməsi
* sidiyin miqdarının azalması
* tez-tez sidiyə çıxma
* sidiyin xüsusi çəkisinin artması
3. Dəri səpgiləri
Böyrək çatışmazlığı dəridə səpgilərin əmələ gəlməsinə səbəb ola bilir. Bu zaman dərinin quruluğu artır, dəri qıcıqlanmaya qarşı həssas olur. Böyrək çatışmazlığı zamanı dəridə əmələ gələn quruluğu heç bir kosmetoloji kremlərlə aradan qaldırmaq olmur.
4. Yorğunluq
Böyrəklər sağlam olmadıqda onun hormonal funksiyası pozulur və böyrək damarlarında ptologiyalar meydana gəlməyə başlayır. Bu zaman beyində və əzələlərdə hormonal disbalans səbəbindən patologiyalar meydana gəlməyə başlayır və bu da özünü xroniki yorğunluqla biruzə verir.
5. Təngnəfəslik
Böyrək çatışmazlığı orqanizmdə oksigen aclığının əmələ gəlməsinə səbəb olur. Bu isə özünü təngnəfəsliklə biruzə verir.
6. Ağızda metal dadının olması
Orqanizmdən xaric olunmalı məhsulların böyrək çatışmazlığı zamanı qana keçməsi xəstələrin ağzında xoşagəlməz dadın olmasına səbəb olur. Bu zaman xəstələrin bəzi qidalara olan iştahı itir.
7. Ağrı
Belin arxa hissəsində ağrıların meydana gəlməsi böyrək xəstəliyinə xas olan xüsusiyyətdir. Ağrı qəfil meydana çıxdıqda daş xəstəliyinin, sızıldayıcı olduqda isə böyrəyin iltihabi xəstəliklərinin əlaməti hesab edilir.
8. Baş hərlənməsi və diqqəti cəmləyə bilməmək
Beyinin oksigenlə normal qidalanmaması, yaddaş problemləri və diqqətsizlik böyrək çatışmazlığı zamanı baş verə bilir.
Yuxarıda qeyd olunan əlamətlərdən ən azı ikisi sizdə varsa o zaman mütləq böyrək həkiminə müraciət etməniz məsləhət bilinir.