Ramazanda xəstələnməmək üçün necə qidalanmalı?

30 Mayıs 2017
1 188
0
Ramazanda xəstələnməmək üçün necə qidalanmalı?
Həkimlər deyir ki, Ramazan ayında mədə-bağırsaq problemləri, həmçinin zəhərlənmə səbəbi ilə xəstəxanaya müraciət edənlərin sayında artım olur.
Bu il müsəlmanlar oruc tutmağa 6 iyundan başlayacaqlar. Bu isə o deməkdir ki, istilərin də təsiri ilə Ramazan ayında sağlamlıq problemləri ilə üzləşmək ehtimalı arta bilər.

Türkiyəli həkim-diyetoloq Elif Küçük Ramazan ayında mədə, ürək və təzyiqlə bağlı problemlər yaşamamaq üçün bir neçə məsləhətə əməl etmək lazım olduğunu bildirib.

Feat.Az həkimin məsləhətlərini təqdim edir:

*İftarla imsak arasında 2 dəfə qəlyanaltı etmək lazımdır.

*Bol miqdarda qatıq yeyib, ayran için.

*İftarla imsak arasında 10 stəkan su içməlisiniz.

*Şirniyyatı iftar yeməyindən 1-2 saat sonra yeyin.

*Həddən artıq yağlı və duzlu qidalardan uzaq durun.

*İmsak vaxtı çiy tərəvəzlər və meyvə yeyin, kompot için.

*Bir və ya iki çeşid yemək yeyin. Qidaları qarışdırmaq maddələr mübadiləsini poza bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.