D vitamini qəbul etmənin ən asan yolu

10 Temmuz 2017
2 006
0
D vitamini qəbul etmənin ən asan yolu
D vitamininin faydaları saymaqla bitmir. Kalsium, dəmir, maqnezium, fosfor və sinkin orqanizm tərəfindən udulmasını asanlaşdıran D vitamininin ən böyük mənbəyi isə günəşdir.

Qışda isə, bədənimizin ehtiyac duyduğu D vitaminini ödəmək üçün doğru qidaları istehlak etmək və ya vitamin dərmanlarını istifadə etmək lazımdır.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, D vitamininin sağlamlıq üzərindəki təsirinin təxmin ediləndən daha çox əhəmiyyətli olduğunu müəyyən edən tədqiqatçılar, müntəzəm olaraq D vitamini qəbulunun da çox asan bir yolu olduğunu deyir.
Londonda Kraliça Meri Universitetindən olan tədqiqatçılar D vitamini ehtiyacını ödəməyin ən asan yolunun, evdə istifadə etdiyiniz una bir az D vitamini əlavə etmək olduğunu söylədi.

Tədqiqatçıların apardığı araşdırma isə, D vitamininin insanları bir çox xəstəlikdən qoruduğunu müəyyən edir.

Araşdırma qrupu bu mövzu barəsində məlumat verdilər: "D vitamininin, öskürək, soyuqdəymə və qrip kimi kəskin tənəffüs yolu infeksiyaların riskini 10 faiz azaltdığını müəyyən etdik. Bu səbəbdən də D vitaminini qəbul etmək olduqca önəmlidir. Bunun ən asan yolu isə, evdə istifadə etdiyiniz una D vitaminini əlavə etməkdir."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.