Öskürəyi aparan möcüzəvi təbii qarışım – SADƏ RESEPT

02 Kasım 2017
1 431
0
Öskürəyi aparan möcüzəvi təbii qarışım – SADƏ RESEPT
Fəsil dəyişimi ilə əlaqədar hazırda demək olar ki, əksər adamlar öskürəkdən əziyyət çəkir. Hətta bəzən bu öskürək tibbi vasitələrlə də keçmək bilmir. Amma Feat.Az-ın sizə verəcəyi bu təbii qarışım resepti ilə möcüzəvi şəkildə öskürəyi aradan qaldıracaqsınız.

Banan və bal qarışımı:


400 ml ilıq su

2 ədəd banan

2 yemək qaşığı bal

Hazırlanması:


Bananları soyun və plastik qaşıqla əzin. Dəmir qaşıqla əzdikdə metal meyvəyə təmas edərək, tez xarab olmasına səbəb olur, üstəlik sağlamlığa da ziyandır. Əzilmiş bananları şüşə kasaya qoyub üzərinə ilıq su əlavə edin. 30 dəqiqi saxlayın. Qarışım soyuduqdan sonra üzərinə bal əlavə edin. Qarışımın yaxşı soyuduğundan əmin olun, çünki bal isti su ilə təmasa girdikdə keyfiyyətini itirir. Öskürək və bronxitə qarşı əla vasitə olan bu təbii qarışımdan gündə dörd dəfə ən çox 100 ml olmaq şərtilə için. Unutmayın ki, qarışımı həftədə beş gün içmək lazımdır.

Onu da qeyd edək ki, sizə verdiyimiz qarışım bir gün üçün nəzərdə tutulub. Bu qarışımı hər gün təzə-təzə hazırlamaq lazımdır.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.