Qəbizliyin qarşısını alan KİŞMİŞ SUYU

14 Aralık 2017
1 391
0
Qəbizliyin qarşısını alan KİŞMİŞ SUYU
Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Feat.Az saglamolun.az-a istinadən bildirir ki, müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.

Kişmiş suyunun hazırlanması:


Kişmiş suyunu hazırlamaq çox asandır. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür. Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.

Qeyd edək ki, kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.

Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.