Xərçəng xəstəliyinin yaranmasının ƏSAS SƏBƏBLƏRİ

01 Ocak 2018
1 859
0
Xərçəng xəstəliyinin yaranmasının ƏSAS SƏBƏBLƏRİ
Xərçəng xəstəliyinin yaranma hallarından 40 faizindən çoxu zərərli vərdişlərlə və həyat tərzi ilə əlaqədardır.

Trend-in məlumatına görə, Amerika Onkologiya Cəmiyyətinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkmək xərçəng üçün ən böyük riskdir. Onkoloji halların yaranmasının 19 faizi və ölüm hallarının 29 faizi bu vərdişin payına düşür.

Xərçəngin yaranma riskinin 7 faizi, ölüm hallarının 6 faizi isə artıq çəkidəndir.

Bunlardan başqa, spirtli içkilər, ultrabənövşəyi şüaların təsiri və aşağı fiziki fəallıq da bu xəstəliyin riskini artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.