Ağız qoxusu ilə mübarizə

22 Ocak 2018
1 398
0
Ağız qoxusu ilə mübarizə
Ağız qoxusu demək olar ki, hamının qarşılaşdığı problemdir. Bunun müxtəlif səbəbləri ola bilər. Səhərlər oyananda ağızdan gələn qoxu normal haldır. Amma bu qoxu mütəmadi davam edərsə demək ki, problem var. Ağız qoxusu nədir, hansı növləri var və müalicəsi nədir – bu haqda Feat.Az bəhs edir.

Əsasən diş və diş əti xəstəlikləri ağız qoxusu xəstəliklərinin yaranmasına səbəb olur.

Ağız qoxsunun növləri hansılardır?


1. Pataloji ağız qoxusu – bəzən insanlar ağızlarından gələn qoxunu hiss etmirlər. Patoloji ağız qoxusu qalıcıdır. Fizoloji ağız qoxusundan fərqli olaraq bu növdə qarqara, diş fırçalama kimi prosedurlar kömək olmur.

2. Psixoloji ağız qoxusu – bəzi insanlar da ağız qoxusunun psixoloji olduğunu düşünür. Ya da stresdən təsirlənərək ağız qoxusu şiddətlənə bilər.

3. Halitofobi - ağız qoxusu qorxusudur. Müalicə olunur amma sonra insan yenə də düşünür ki, ağzımdan qoxu gəlir.

Ağız qoxusundan yaxa qurtarmaq üçün nə etməli?

Şəkərsiz saqqız çeynəmək ağız qoxusunu azaldır.

Diş daşlarını təmizlətmək ağız qoxusunu azaldan ən vacib nüanslardandır.

Ağız qarqaralarının edilməsi və fırçalanma prosesində dilin də fırçalanması çox yaxşı təsirə malikdir. Dişi təmizlədikdən sonra mütləq diş saplarından istifadə etmək lazımdır.

Bol mayeli, pomidor və alma kimi meyvə və tərəvəzin qəbulu ağız qoxusunun məhv edilməsində faydalıdır.

Və sonda bol –bol su içmək ağız qoxusunun qarşısını almaqda köməkçi amillərdəndir.

Ağız qoxusu bəs necə müalicə edilir?


Fizioloji ağız qoxusunun müalicəsi: bu tip ağız qoxusunun yaranma səbəbi ağız və diş sağlamlığının kifayət qədər qorunmamasıdır. Dişlərin hər tərəfi və dilin fırçalanması qoxunun yaranmasını azaldacaq.

Patoloji ağız qoxusunun müalicəsi: əgər ağız qoxusu ağız boşluğundakı problemlərdən təsirlənirsə əvvəlcə ağız boşluğunun gigeyinasına fikir verilməli, çürüklər müalicə olunmalı və diş daşları təmizlənməlidir. Diş sapından da mütləq istifadə etmək gərəklidir. Çünki diş sapını istifadə edənlərə nisbətən etməyənlərdə ağız qoxusu daha çox olur.

Halitofobinin müalicəsi: belə ağız qoxusu problemi olan xəstələr psixoloji yardım alsalar yaxşı olar. Bu müalicənin nəticəsində həmin insan yenidən sosial həyatına uyğunlaşacaq və özünəgüvəni bərpa olunacaq.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.