Barmaqlarınızda bu dəyişiklik varsa... - Təhlükəli simptom

09 Ocak 2022
10 516
0
Barmaqlarınızda bu dəyişiklik varsa... - Təhlükəli simptom
Dırnaqların qalınlaşması, yumru və qabarıq olması tibdə çox təhlükəli simptom sayılır.

Buna həmçinin Hippokrat barmaqları sindromu deyilir.



Əvvəl barmaqlarda olan dəyişikliklər gözə çarpmır, lakin vaxt keçdikcə barmaqlar baraban çubuqlarına, dırnaqlar isə saat şüşəsinə oxşamağa başlayır. Bu dəyişiklik həm əl, həm də ayaq barmaqlarında meydana çıxa bilər.



Feat.Az saglamolun.az-a istinadən Hippokrat barmaqları sindromu bu kimi xəstəliklərin simptomu ola bilər:



- nəfəsalma sistemi xəstəlikləri (fibroz, ağciyər xərçəngi)



- ürək xəstəlikləri (endokardit, ürək qüsurları)



- qaraciyər xəstəlikləri (xüsusilə qaraciyər sirrozu)



- Kron xəstəliyi



- tolsiki zob,



- mukovissidoz və s.



Bu səbəbdən bu simptomu özündə və yaxınlarda gördükdə, dərhal həkimə müraciət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.