Hər gün üzünüzü bitki yağı ilə silin: İnanılmaz nəticə

30 Ocak 2018
1 520
0
Hər gün üzünüzü bitki yağı ilə silin: İnanılmaz nəticə
Bitki yağları dəriyə qulluq vasitəsi kimi qədim zamanlardan istifadə olunur.

Zeytun, badam, əzrik, küncüt, kətan, günəbaxan yağları dəriyə çox müsbət təsir edir. Hər gün istifadə olunduğu halda yağlar dərinin cavanlığını və gözəlliyini qoruyur, dərini daha yumşaq və elastik edir, qurumağın və qabıq vermənin qarşısını alır, kiçik mimik qırışları yox edir, təmizləyir.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox kosmetoloqlar üz dərisini hər gün (səhər və ya axşam) bitki yağı ilə silməyi tövsiyə edir.

Bu asan və az vaxt aparan prosedur çox yaxşı nəticələr verir.

Bunun üçün istənilən bitki yağını su hamamında bir qədər qızdırın (ilıq olmalıdır), yağda steril tampon isladın və dərini ehtiyatla silin. 15 dəqiqədən sonra yağın artıqlarını salfetlə silin. Daha sonra makiyaj çəkmək olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.