Siyasi liderlərin sevdiyi içki – MİN BİR DƏRDİN DƏRMANIDIR

07 Şubat 2018
1 163
0
Siyasi liderlərin sevdiyi içki – MİN BİR DƏRDİN DƏRMANIDIR
Siyasətçilər üçün ən vacib şərtlərdən biri soyuqqanlı olmaq, qərarlar verərkən təmkin nümayiş etdirmək, bir sözlə, səbirli və əsəbsiz şəraitdə fəaliyyət göstərməkdir.

Təbii ki, dünyanın qarışıq bir durumunda bunun mümkünlüyü o qədər də asan deyil, amma heç mümükünsüz də deyil. Məhz elə buna görə də bir çox siyasətçilər öz qida rasionlarında nanə çayına üstünlük verirlər.

Feat.Az modern.az-a istinadən nanə çayının faydalarını təqdim edir.



Nanə xoş ətri və qoxusu ilə yanaşı, sağlamlıq üçün olduqca faydalı bitkilərdən biridir. Hələ qədim zamanlardan nanədən təbabətdə geniş istifadə olunub. Nanənin tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.



Bu bitkinin faydalı xüsusiyyətlərindən ən başlıcası sinir sisteminə müsbət təsiri, əsəbləri sakitləşdirməsi, stressi və gərginliyi aradan qaldırmasıdır. Nanə ürək-damar sistemi üçün də xeyirlidir və infarkt riskini azaldır.



Mədə problemləri olan insanlar üçün nanə ən effektli vasitələrdən biri sayıla bilər. Köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.



Həmçinin o, həzm sistemini normallaşdırır, həzmi asanlaşdırır.



Dərinin sağlam və gümrah görünməsində nanə bitkisindən dəmlənən çay kosmetik vasitə kimi istifadə olunur.



İştəhasından şikayətlənənlər üçün bu bitki təbii dərmandır.



Ağızdan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün nanədən istifadə etmək kifayətdir. Xalq təbabətində nanə bitkisindən aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:



Astma

Hepatit

Xolesistit

Qastrit

Yuxarı tənəffüs yollarının xəstəlikləri

Kişi sonsuzluğu

İmpotensiya

Ekzema

Dəri iltihabı

Öd kisəsi xəstəliyi

Soyuqdəymə və qrip

Nanə bitkisi qurudulmuş və təzə formada istifadə olunur.


Dünyanın bir çox ölkələrində nanə çayı ən çox istifadə olunan içkilərdən biridir. Səhərlər bir fincan nanə çayı içmək gün ərzində insanın əhvalına müsbət təsir göstərməklə yanaşı, əsəblərin sakit olmasını da təmin edir. Nanə çayı soyuqdəymə zamanı qızdırmanı aşağı salır və nəfəsalmanı rahatlaşdırır. İsti havalarda nanə çayı ən yaxşı sərinləşdirici içkilərdən biridir.



Nənə çayı qadınlar üçün daha faydalıdır. Menstruasiya zamanı ağrıların qarşısının alınmasında nanə çayından istifadə etmək yetərlidir. Yuxusuzluq zamanı yatmazdan qabaq nanəli çay içmək problemi təbii yolla aradan qaldırır. Nanə çayına limon əlavə etmək onun müalicəvi əhəmiyyətini və faydasını daha da artırır.



Üç yaşa qədər uşaqlara nanədən istifadə məsləhət görülmür. Yuxu gətirdiyinə görə sükan arxasına əyləşib uzaq yola hazırlaşanlar nanədən istifadə etməməlidirlər. O cümlədən, qan təzyiqi aşağı olanlar da nanədən məhdudiyyətlə istifadə etməlidirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.