Qadağan olunmuş bitkinin İNANILMAZ FAYDALARI » Feat.Az Sekiller, Xeberler, Yazili

Qadağan olunmuş bitkinin İNANILMAZ FAYDALARI

09 February 2018
332
0
Qadağan olunmuş bitkinin İNANILMAZ FAYDALARI
Bir çox insanlarda xaşxaş yalnız narkotiklərlə assosiasiya edilir. Lakin bu bitkinin dəymiş toxumları orqanizmə heç bir narkotik təsir etmir. Əksinə, onlar çox faydalıdır.

Xaşxaş bütün dünyada kulinariyada geniş istifadə olunur. Xoş dadından əlavə xaşxaşın çox qiymətli müalicəvi xüsusiyyətləri də var. Xaşxaş antioksidantlar, flavonoidlər, antosianlar, orqanik turşular, vitaminlər və minerallarla zəngindir.



Xaşxaş qədim zamanlardan xalq təbabətində bir çox pozulmaların müalicəsində istifadə olunur. Təbiblər üyüdülmüş xaşxaşı südə əlavə edib öskürəyi sağaldırdı, balla qarışdırıb bağırsaqları qurdlardan təmizləyirdi, suda dəmləyib yuxusuzluq və ağrılardan azad edirdi.

Feat.Az saglamolun.az-a istinadən sizi bu möcüzəvi bitkinin faydaları ilə tanış edir.



- Xaşxaş çox yaxşı sakitləşdirir, yuxunu tənzimləyir.



- İltihabları azaldır.



- Nəfəs yollarını təmizləyir.



- Qurd əleyhinə təsirə malikdir.



- Ağrıları azaldır.



- Orqanizmə xərçəng əleyhinə təsir göstərir.



- İmmun sistemini möhkəmləndirir.



- Təzyiqi tənzimləyir.



- Damarların sağlamlığını qoruyur.



Xaşxaş toxumlarını şirniyyatlara, salatlara, ət yeməklərinə əlavə etmək yaxşıdır.



Nəzərə almaq lazımdır ki, xaşxaşı çoxlu miqdarda yemək olmaz.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz