Gözlərimizə göz olaq.

04 Kasım 2014
1 694
0
Gözlərimizə göz olaq.
Gözlərimizə göz olaq.

Yatarkən orqanizm dincəlir. Ona görə də yuxu rejiminə ciddi əməl olunmalıdır. Qaranlıq otaqda, işığı yandırmazdan əvvəl gözü yüngülcə yumub sonra yavaş-yavaş açmaq lazımdır, çünki qəfil düşən gur işıq gözləri qamaşdırır və gözdə olan kiçik kapiliyarlara mənfi təsir göstərir.

Tibet təbibləri bildirirlər ki, günəşin səhər doğmasına və axşam batmasına tamaşa etmək görməni xeyli gücləndirir, hətta bərpa edir. Sutkanın çox hissəsini kompyüter arxasında keçirtmək görməyə mənfi təsir etməklə bərabər orqanizmə böyük zərər vurur.


İman Cəfər Sadiq (ə) səhabələrindən olan Cəmil ibn Saleh qızının gözünün zəif gördüyü barədə imama şikayətlənir. Cəfər Sadiq (ə) mər, səbr, və kafuru bərabər şəkildə qarışdıraraq ondan sürmə düzəldib istifadə etməyi məsləhət görürş Çox keçmir ki, qız şəfa tapır.

Düzgün həyat tərzi keçirmədikdə, düzgün qidalanmadıqda, yuxusuzluq, əsəb, stress, alkoqol, siqaret və başqa zərərli vərdişlər nəticəsində gözlər vaxtından qabaq zəifləyir. Zərərli vərdişlər hətta gözlərdə kataaka və qlakomaya səbəb olur. İstehsalat sahəsində qaynaq işlərinə tamaşa etmək, qaranlıqda televizor izləmək, gur işığa tamaşa etmək və s. də gözlərin zəifləməsinə səbəb olur. Evdə televizora baxarkən, televizorun ekranı ilə aradkı məsafənin ən azı 3 metr olması məsləhətdir. Televizorun ekranına paralel baxdıqda gözlər tez yorulmur və ağrımır.

Məsələn, istənilən əşyanı hündür yerə qoyub, sonra stula əyləşərək həmin əşyaya aşağıdan yuxarı tamaşa edəndə baxışlar aşağıdan yuxarı zillənir və göz əzələləri tez yorulur və ağrıyır. Eyni təcrübəni həmin əşyanı yerə qoyaraq, ona üstdən aşağı bir müddət tamaşa etdikdə də gözlərin ağrıdığını müşahidə etmək olar. Ona görə də evdə, istirahət yerlərində televizorun çox hündür, nə də çox alçaq yerdə qoyulması düzgün deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.