Yatmazdan əvvəl nə yemək olar? Alman təbiblərinin gizli resepti

08 Mart 2018
1 567
0
Yatmazdan əvvəl nə yemək olar? Alman təbiblərinin gizli resepti
Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Bu zaman diyetoloqlar artıq çəki yığmamaq üçün zülallarla zəngin olan məhsulları istehlak etməyi tövsiyə edir.

Zülallar karbohidratlardan fərqli olaraq orqanizmdə piyə çevrilmir və həmçinin metabolizmi sürətləndirir ki, bu da bədən çəkisini normada saxlamağa kömək edir.

Feat.Az saglamolun.az-a istinadən axşam saatlarında yeyilə bilən məhsulların siyahısını təqdim edir:

- kəsmik, təbi yoqurt, kefir

- yağlılığı az olan pendir

- bişmiş balıq

- bişmiş toyuq filesi

Həmçinin mütəxəssislər bu kimi qidalar da icazə verir: yulaf yarması ("gerkules") sıyığı, bir neçə əncir qurusu və ya xurma, tərəvəz salatı. Sadaladığımız bu məhsullar həmçinin bağrsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlikdən azad edir.

Yatmazdan 30 dəqiqə əvvəl 1 stəkan su içməyi unutmayın. Bu orqanizmi təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, dərini daha təmiz və cavan edir, infarkt və insultun riskini azaldır.

Yatmazdan əvvəl çay, qəhvə, şirin qazlı içkilər (kola, pepsi) içmək olmaz. Onların tərkibində kofein maddəsi var ki, bu maddə sinir sisteminə qıcıqlandırıcı təsir edir və həmçinin sidiqqovucu təsirə malikdir ki, bunlar rahat yuxuya mane olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.