Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA

18 Mart 2018
1 432
0
Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA
Yüksək arterial təzyiq bir çox ağır pozulmaların (infarkt, insult, böyrək və göz xəstəlikləri və s.) ilk səbəblərindən biridir.

Təzyiqi daim normada saxlamaq həyati vacibdir. Argentina alimləri sübut edir ki, yüksək təzyiqdən əziyyət çəkənlər sadəcə şam yeməyindən imtina etməklə təzyiqi normaya sala bilərlər.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər bununla bağlı xüsusi eksperiment aparıblar. Eksperimentdə yüksək arterial təzyiqdən əziyyət çəkən 150 insan iştirak edib. İştirakçılar axşam saatlarında yemək yemirdi və həmçinin mayenin qəbulunu azaldırdı. Artıq bir neçə gündən sonra iştirakçıların təzyiq göstəriciləri normallaşmağa başlayıb, onların ümumi vəziyyəti yaxşılaşıb.

Alimlərin fikrinə görə, şam yeməyindən imtina, duz qəbulunun məhdudlaşdırılması və aktiv həyat tərzi insanlara təzyiqi normada saxlamağa kömək edəcək.

Bundan əlavə həkimlər streslərdən uzaq durmağı və axşam saatlarında tərkibində kofein olan içkiləri (çay, qəhvə, kola və s.) içməməyi tövsiyə edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.