Duzlu yeməyin zərərləri

20 Nisan 2018
1 473
0
Duzlu yeməyin zərərləri
Çox duzlu qidalar qəbul etmək beyin qanaması və qan-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər gün ərzində duzlu qida istifadəsi ilə beyin qanamsı və qan-damar xəstəlikləri arasındakı əlaqəni müəyyən etmək üçün 170 mindən çox insanın iştirak etdiyi 4-19 il müddətinə davam edən 13 araşdırmanın nəticəsini əldə edib.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, bu nəticələrdən aydın olub ki, çox duzlu qidalar yeməklə beyin qanamsı və qan-damar xəstəlikləri arasında doğrudan da əlaqə mövcuddur. Başqa bir araşdırmanın nəticəsinə görə isə, məlum olub ki, gün ərzində 5 qramdan az duz istifadəsi beyin qanaması riskini 23%, qan-damar xəstəlikləri riskini isə 17% azaldır.

Bundan başqa, duzlu qidalar təzyiqin qalxmasına və bunun da qan-damar xəstəliklərinə zəmin yaratmasına səbəb olur. Ürək çatışmazlığından əziyyət çəkən insanlar və ya böyrək, şəkər xəstəlikləri olan insanların da duzlu qidalardan çox istifadə etməmələri tövsiyə edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.