Köpü aradan qaldıran 3 SINANMIŞ TƏBİİ VASİTƏ

29 Mart 2018
1 539
0
Köpü aradan qaldıran 3 SINANMIŞ TƏBİİ VASİTƏ
Sağlam insanlarda köpün səbəbi qidanın həddindən artıq qəbulu və ya (və) köp əmələ gətirən qidaların (kələm, noxud, lobya, un məmulatları və s.) çoxlu miqdarda istehlakı ola bilər.

Xalq təbabəti köpdən azad olmaq üçün bir çox vasitələr təqdim edir.

Feat.Az saglamolun.az-a istinadən sizə 3 ən sınanmış vasitəni təqdim edir.

1. Şüyüd və ya şüyüd toxumu. 1 x.q. xırda doğranmış şüyüdü (və ya 1 ç.q. şüyüd toxumunu) 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gündə 2 dəfə yarım stəkan olmaqla xırda qurtumlarla çay kimi için.

2. Razyana. 1 ç.q. razyana toxumunu 1 stəkan qaynar suda yarım saat dəmləyin və yuxarıda göstərildiyi kimi qəbul edin.

3. Zirə. 1 ç.q. zirəni 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.