Xroniki yorğunluq sindromunun səbəbi bilindi

31 Mart 2018
1 539
0
Xroniki yorğunluq sindromunun səbəbi bilindi
Xroniki yorğunluq sindromu yuxusuzluq, baş ağrıları, səbəbsiz yorğunluq və gücsüzlüklə müşayiət olunan və əsl səbəbi məlum olmayan bir pozulmadır.

Əvvəllər belə hesab olunurdu ki, bu pozulmanın səbəbi immun sistemində olan dəyişikliklərlə bağlıdır. Lakin son elmi araşdırmalar digər səbəbi aşkar edib.

Hollandiya alimləri araşdırma zamanı aşkar ediblər ki, xroniki yorğunluq sindromundan əziyyət çəkən insanların qanının tərkibi qalxanvari vəzi hormonlarının çatışmazlığından əziyyət çəkən insanların qanına bənzəyir. Belə ki, xroniki yorğunluq sindromunu olan insanlarda T3 və T4 hormonlarının (qalxanvari vəzinin 2 əsas hormonu) səviyyəsi normadan aşağıdır.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bunu araşdırma zamanı Hollandiyanın məşhur Qroningen Universitetinin alimləri araşdırıblar.

Hal hazırda ekspertlər xroniki yorğunluq sindromunun müalicəsində yod və qalxanvari vəzi hormonlarının istifadəsinin mümkünlüyünü araşdırmaq niyyətindədir.

Nəzərinizə çatdıraq ki, xroniki yorğunluq sindromu müasir insanların bəlasıdır və ildən ilə dünyada bu pozulmadan əziyyət çəkən insanların sayı artmaqdadır.

Milli.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.