Qəbizliyin qarşısını alır, həzmi asanlaşdırır... – QARAĞATIN BİLMƏDİYİNİZ FAYDALARI

18 Nisan 2018
1 638
0
Qəbizliyin qarşısını alır, həzmi asanlaşdırır... – QARAĞATIN BİLMƏDİYİNİZ FAYDALARI
Qarağat bir kol meyvəsidir. Adətən qışda yarpaqlarını tökən, ancaq bəzi növləri ilin dörd fəsli yaşıl qala bilən bir bitkidir. Latınca adı Ribes rubrum olan bitkinin ana vətəni qərbi Avropadır. Amma dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda yetişdirilir. Feat.Az olduqca ləzzətli olan bu meyvənin sağlamlığa faydalarını sadalayır.



- Tərkibində B və C vitaminləri var.



- Maqnezium, fosfor, dəmir, mis, rotasium mineralları baxımından zəngindir.



- Yüksək səviyyədə lifə malikdir.



- Qızdırma salıcı özəlliyi var, tərləyərək bədəndən zərərli maddələrin atılmasına yardımçı olur.



- Menstruasiya dönəmində yaşanan ağrı, sancı, narahatlıq kimi əlamətlərin azaldılmasına kömək olur.



- Bağırsaqları işlədir, qəbizlik probleminin qarşısını alır.



- İştahı açır.



- Sidikqovucu xüsusiyyəti ilə böyrəklərin çalışmasını dəstəkləyir, böyrək daşı və sidik yolu infeksiyası kimi problemlərin aradan qaldırılmasına kömək edir.



- Həzm sistemini rahatlaşdırır, həzmsizliklə bağlı yaranan köp və ağrı kimi şikayətləri azaldır.



- Yarpaqlarından hazırlanan qarağat çayının qut və revmatizm problemlərinə faydası var. Qarağatın yarpaqlarından hazırlanan məlhəm yaraları sağaltmağa kömək edir. Ağız infeksiyası zamanı qarqara şəklində istifadə olunduqda müsbət effekt verir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.