Qaraciyəri təmizləyən SUPER QARIŞIM
Beləliklə, qaraciyər orqanizmin təbii filtridir. Rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən mütəxəssis) Olqa Şerbanın sözlərinə görə, qaraciyərin də təmizlənməyə ehtiyacı var. Bunu ildə 1-2 dəfə etmək lazımdır. Bu, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onun sağlamlığını qoruyur.
Feat.Az saglamolun.az-a istinadən xəbər verir ki, Olqa Şerba qaraciyəri təmizləmək və yeniləmək üçün belə bir resept təqdim edir. 1 stəkan təzə qatığa 1 ç.q. bal, yarım ç.q. sarıkök və 1 x.q. üyüdülmüş qarabaşaq əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1 saat əvvəl bu qarışımı qəbul edin. Bunu 2 həftə ərzində hər gün etmək lazımdır. Daha sonra 1 həftə fasilə verilir və müalicə kursu təkrar olunur.
Diqqət! Qaraciyər xəstəlikləri və iltihabı olan insanlar bu vasitədən yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə edə bilər.