Dəfnə yarpağının faydaları

03 iyun 2018
656
0
Dəfnə yarpağının faydaları
Dəfnə yarpağı dəfnəkimilər fəsiləsinə aid olan ağacın yarpağıdır. Dəfnə həmişəyaşıl ağacdır və onun vətəni Orta Asiya və Aralıq dənizi ölkələri hesab edilir. Dəfnə insanların istifadə etdiyi ən qədim və faydalı bitkilərdəndir. Dəfnə yarpaqlarından alınmış efir yağı alkohol içkilərin və konditer məhsullarının hazırlanmasında istifadə olunur. Dəfnə yarpaqlarından xalq təbabətində, tibbdə, kimya sənayesində geniş istifadə olunur. Ondan sineol və kamforanın hazırlanmasında istifadə edilir. Feat.Az immunitet.az-a istinadən bildirir ki, qədim zamanlarda Roma imperiyası və Yunanıstanda dəfnə budaqlarından hazırlanmış çələngi müharibədən qalib şəkildə dönən əskərlərin başlarına qoyublar. Orta əsrlərdə dəfnə xoşkönüllü olmağın simvolu sayılıb və ondan şər qüvvələri qovmaq məqsədilə istifadə edilib. İndi demək olar ki, bütün ölkələrdə dəfnə ağacı yetişdirilir. Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Portuqaliya, Qafqaz ölkələri, Albaniya, Qvatemala və Krım adaları bu ölkələrin sırasında ön yerləri tutur.

Dünyanın ən məşhur aşbazları hətta dəfnə yarpağından pudinqlərin və desertlərin hazırlanması məqsədilə istifadə edib. Dəfnə yarpaqlarından əsasən sousların, marinadların, şorbaların, bulyonların, ət və balıq məhsullarının, turşuların hazırlanması zamanı istifadə edilir.

Dəfnə yarpağının faydalı xüsusiyyətləri
Dəfnə yarpağının qida dəyəri çox yüksəkdir. Onun tərkibində zülallar, yağlar, karbohidratlar, efir yağları, qida lifləri, A, C, PP və B qrup vitaminləri, makro və mikro elementlər( natrium, maqnium, sink, kalium, dəmir, selen, marqanes, fosfor və s.) var.

Müalicəvi və faydalı xüsusiyyətləri
Antik dövrün aşbazları dəfnə yarpağını bütün xəstəlikləri sağaltmaq qabiliyyətinə malik olan bir bitki kimi tanıyıblar. Hippokratın sözlərinə görə dəfnə yarpağı qıcolmalar və onların əmələ gəlməsinə səbəb olan qıcıqlanmaların aradan qalxması üçün faydalıdır. İbn Sina dəfnəni oynaq ağrıları, əsəbi gərginlikləri, boğulmalar zamanı faydalı hesab edib. Onun əlyazmalarında dəfnə toxumları və kökü xolisistit və sidik daşı xəstəlikləri zamanı dərman vasitəsi kimi qeyd edilib. Müasir xalq təbabətində də dəfnə yarpağından istifadə olunur. Ondan iştahanı artırmaq, həzmi sürətləndirmək, şişkinliyi aradan qaldırmaq, təzyiqi aşağı salmaq, artrit və artrozu sağaltmaq, immuniteti artırmaq, vərəm çöplərini məhv eləmək məqsədilə istifadə edilir. Dəfnə yarpağının dəmləməsi orqanizmə sidikqovucu, antiseptik təsir göstərir. Ondan müxtəlif mazların hazırlanması zamanı istifadə edilir. Ondan soyuqlama, stomatit, əsəb gərginlikləri, amenoreya, ürəkbulanmanın profilaktikası məqsədilə istifadə edilir.
Dəfnə yarpağının dəmləməsi boğaz ağrılarının və boğazda olan iltihabın azalmasına səbəb olur. Dəmləmədən xərçəng xəstəliklərinin müalicəsi zamanı xəstələrə təyin edilir.
Dəfnə yarpağı dəmləməsindən şəkərli diabet xəstələrinin içməsi xəstəliyin əlamətlərini azaldır. Bunun üçün 10 dəfnə yarpağını 750 ml qaynar suda 2-3 saat saxlamaq və gün ərzində 100 ml olmaq şərti ilə içmək lazımdır.
Oynaq ağrıları zamanı 5 qram dəfnə yarpağını 300 qram soyuq suda qaynayana qədər çatdırmaq və 5 dəqiqə qaynadıqdan sonra termosda 4-5 saat saxlamaq lazımdır. Bu dəmləməni gün ərzində az-az içmək oynaq ağrılarının azalmasına səbəb olur. Nəzərinizə çatdırmaq istəyirəm ki, dəmləməi birdəfəyə qəbul eləmək lazım deyil.
Kosmetologiyada
Kosmetaligiyada dəfnə dəmləməsindən tonuslandırıcı maskaların hazırlanması zamanı istifadə edilir. Ondan hazırlanmış losyonlar dərinin iltihabı xəstəlikləri( irinli səpgilər, frunkul və s.), piqment ləkələri zamanı çox faydalıdır. Ev şəraitində losyon hazırlamaq üçün 25 dəfnə yarpağını yarım stəkan qaynar suda 5 dəqiqə qaynadılır və 4 saat saxlanılır. Sonra dəmləmə süzülür üz və boyun dərisinə sürülür.
Dəfnə yarpağının zərərli xüsusiyyətləri
Aşağıdakı hallarda dəfnə yarpağından çox istifadə eləmək olmaz:
* hamiləlik, uşaqəmizdirmə və klimaks dövründə
* kəskin qaraciyər, böyrək və ürək-damar xəstəlikləri zamanı
* kəskin mədə və onikibarmaq yarası xəstəliyində
* allergiya zamanı
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 025

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ