Səhər yeməyini yeyin – günə gümrah davam edin!

18 Haziran 2018
1 340
0
Səhər yeməyini yeyin – günə gümrah davam edin!
Bütün gecə uzun sürən aclıqdan sonra günün ən vacib yeməyi səhər yeməyidir. Axşam yeməyi ilə səhər yeməyi arasında təqribən 12 saat vaxt keçə bilər. Bu müddət ərzində orqanizm qandakı bütün qida maddələrini istifadə edir.

Orqanizmimizin normal fəaliyyəti üçün qanda şəkərimizin normal səviyyədə olması vacibdir. Səhər yeməyi yemədikdə qan şəkərimiz aşağı düşür və bununla əlaqədar olaraq yorğunluq, baş ağrısı və qavramanın zəifləməsi kimi problemlər meydana çıxır.

Səhər yeməyi yeməyən uşaqda çalışma və öyrənmə qabiliyyəti aşağı düşür, məktəbdə müvəffəqiyyətləri azalır.

Böyüklərdə isə iş qabiliyyəti aşağı düşür, diqqət azalır.

Səhər yeməyinin faydaları

Qida rasionunun əsasını səhər yeməyi təşkil edir.
Günə yaxşı əhval-ruhiyyə ilə başlayıb və əlverişli şəkildə davam etdirmək üçün səhər yeməyinin əhəmiyyəti böyükdür.
Səhər yeməyində 1 stəkan süd içmək, 1 ədəd portağal yaxud hər hansı meyvə və ya tərəvəz yemək günə sağlam və dinamik başlamağa kömək edir.


Səhər yeməyi nümunələri

Səhər yeməyini yeyin – günə gümrah davam edin!


isim.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.