Ömrünüzü uzadacaq ərzaqlar
Qoz - ürək xəstəliklərinə, xərçəngə qarşı mübarizə aparır. Bağərsaqdakı bakteriyaları məhv edir.
Yulaf - qanın tərkibində şəkərin miqdarını azaldır. Mədə şirəsi turşuluğuna, həzm prosesinə faydalıdır. Bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbz və ishal vəziyyətlərində də faydalıdır.
Sarımsaq - Orqanizmdə zərərli maddələrin fəaliyyətini azaldır, damarları genişləndirir, qan təzyiqini azaldır, ürək əzələlərinin və beyin hüceyrələrinin funksiyasını dəstəkləyir. Sarımsaq xərçəng xəstəliyinə yoluxma riskini azaldır.
Alma - tərkibində pektin, antioksidant kvertsetin, dəmir və yod var. Müntəzəm olaraq alma qəbul etmək orqanizmi təmizləyir, xolesterinin səviyyəsini aşağı salır. Ürək-damar və xərçəng xəstəlikləri riskini də azaldır.
Qəhvə - qəribə gəlsə də, ölüm riskini azaldır.
Acı şokolad - təzyiqi normada saxlayır, ürəyə çox faydalıdır