Uşaqlar vegetarian həyat tərzindən uzaq tutulmalıdır

14 iyul 2018
433
0
Uşaqlar vegetarian həyat tərzindən uzaq tutulmalıdır
Latın dilində sağlam həyat mənası verən vegetarian sözü heyvan mənşəli məhsullardan imtina edilməsini nəzərdə tutur. Həmin məhsullar sırasına ət, süd, yumurta və digər heyvan mənşəli qidalar daxildir.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, dünya təcrübəsində bir sıra məşhurların vegetarian həyat tərzi keçirdiyi məlumdur. Məşhur rəssam Leonardo da Vinçi, görkəmli dövlət xadimi Benjamin Franklin, Albert Eynşteyn, yazıçılardan Frans Kafka, Lev Tolstoy məhz bu cür yaşayırdılar.

Vegetarianlar qidalanma zamanı daha çox göyərti və meyvəyə üstünlük verirlər. Vegetarianlıq bir sıra ölkələrdə həyat tərzinə çevrilib. Bu, onların təkcə qidalanmasında deyil, geyimlərində də özünü göstərir. Onlar heyvan mənşəli-xəz, dəri və yun materialdan olan paltarlardan da imtina edirlər.

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov vegetarianlığı qeyri-ənənəvi qidalanma forması adlandırır. Lakin həkim uşaqların heyvan mənşəli qida məhsullarından imtina etməsini yolverilməz hesab edir: "Ət, süd, yumurta, toyuq, balıq və digər heyvan mənşəli qidalar orqanizm üçün lazım olan turşular mənbəyidir. Bundan əlavə bu qidalarda olan bəzi maddələri bitki mənşəli məhsullardan almaq mümkün deyil. E, D vitamininin böyük bir hissəsi məhz heyvan mənşəli məhsullardan alınır. Ona görə də uşaqlar vegetarian qida rejimindən uzaq tutulmalıdır".

Elə vegetarianlar var ki, nəinki həmin məhsullardan, hətta baldan da imtina edirlər. Onlar vegan adlanır. Vegan sözü ingilis mənşəli "vegetarian" kəliməsinin ilk üç və iki son hərfinin birləşməsindən yaranıb.

Vegetarianları qida tərzlərini dəyişməyə məcbur etmək düzgün deyil. Lakin həkimlər belə həyat tərzi keçirənlərə sağlamlıqlarına xüsusi diqqət yetirmələrini və orqanizmlərində hansısa dəyişiklik baş verdikdə həkimə müraciət etmələrini məsləhət görürlər. Bundan əlavə vegetarianlara ətdə olan vitaminləri qoz, fındıq, badam və digər çərəzlərdən əldə etmək tövsiyə olunur.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz
17:00
0

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)
15:00
59

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)

Mədəni necə təmizləmək lazımdır?
14:00
61

Mədəni necə təmizləmək lazımdır?

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar
13:00
192

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar

Səhər-səhər çay içənlər DİQQƏT!
12:00
117

Səhər-səhər çay içənlər DİQQƏT!

Qarğıdalı salatı resepti
11:00
109

Qarğıdalı salatı resepti

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (68)
10:00
442

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (68)

Tarixdə Bu Gün - 16 İyul
09:00
49

Tarixdə Bu Gün - 16 İyul

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)
21:00
1 090

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ