Qabığı özündən də faydalı olan meyvə-tərəvəzlər

18 Haziran 2018
1 404
0
Qabığı özündən də faydalı olan meyvə-tərəvəzlər
Elə meyvə, tərəvəz var ki, onların qabığı özlərindən də faydalıdır.

Feat.Az
axşam.az-a istinadən qabığı özündən də faydalı olan meyvə və tərəvəzlərin siyahısını təqdim edir:

Banan - bəlkə də, təəccüblənəcəksiz. Amma banan qabığında olan antioksidanlar orqanizmdə olan xəstə hüceyrələrə qarşı mübarizə aparır. Odur ki, bananı qabıqla yeyə bilərsiniz.

Alma - həkimlər də həmişə tövsiyyə edir ki, alma qabığı soyulmadan yeyilsə, daha faydalı olar. O, sinir sisteminə yaxşı təsir edir, yaşlanmanın qarşısını alır.

Portağal - bu meyvənin qabığı qandakı xolestrol səviyyəsini aşağı salır, bağırsağın dostudur.

Kivi-qabığının yeyilməsi sizə təəccüblü gəlsə də, amma o C vitamini ilə zəngindir. Eyni zamanda kivi qabığı ürəyin sağlamlığı qoruyur.

Kartof - qabığı C və B6 vitaminləri, fosfor, magnezium ilə zəngindir. Sadəcə kartofu soymaq əvəzinə yaxşıca yuyun və istifadə edin.

Qarpız - sizə təəccüblü gələ bilər. Amma bu meyvəni qabıqla yesəniz, təzyiqiniz və qan dövranınız normal olar.

Kök - bu tərəvəzin qabığı xərçənglə mübarizə etməklə yanaşı, gözə də çox xeyirdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.