Duzlaşmaya qarşı hansı qidanı istehlak edək
Feat.Az deyerler.org-a istinadən bildirir ki, akademik tədqiqatlarla tanınan Amerikan Arthritis Care Research jurnalında nümayiş olunan bir araşdırma, müntəzəm olaraq həftədə iki dəfə balıq yemək əhənglənmə və oynaq iltihablarına qarşı təsirli olduğunu müəyyən etdi .
Omega 3 ilə zəngini olan balıqların oynaq sağlamlığını əhəmiyyətli dərəcədə inkişaf etdirdiyini yazan araşdırma qrupunun rəhbəri doktor Sara Tedeşi, mövzu barəsində məlumat verdi: "Balıq istehlak edənlərin oynaqlarında daha az səviyyədə şişlər meydana gəlir. Həmçinin balıq duzlaşmanın qarşısını alır. Həftədə 2 boşqabdan çox balıq istehlak edənlərin isə, revmatizmaya tutulma riskləri əhəmiyyətli dərəcədə azalır".