Yemiş yeyəndə tumlarını atmayın! - Qaraciyər, böyrəklər, bronxları təmizləyir...

20 Temmuz 2018
1 444
0
Yemiş yeyəndə tumlarını atmayın! - Qaraciyər, böyrəklər, bronxları təmizləyir...
Yemişın tumalrı çox faydalı müalicəvi məhsuldur. Tumları qurutmaq və müxtəlif müalicəvi məqsədlərlə istifadə etmək olar.

Feat.Az
saglamolun.az-a istinadən yemişin tumları ilə reseptləri təqdim edir.

1. Yemiş və həmçinin yemişin tumları güclü afrodiziak sayılır. Onlar kişilərdə potensiyanı və prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, kişi cinsiyyət sistemi xəstəliklərinin qarşısını almağa kömək edir. Bu məqsədlərlə tumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və gündə 3 dəfə 1 ç.q. olmaqla qəbul etmək lazımdır.

2. Yemişin tumları bronxları yaxşı təmizləyir, öskürəyi azaldır, xroniki öskürək zamanı kömək edir. Bu məqsədlə yemiş tumlarından hazırlanmış "süd" istifadə olunur. Üyüdülmüş tumları 1:8 nisbətində su ilə yaxşı qarışdırın, süzün və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edin.

3. Yemiş tumlarından hazırlanmış süd həmçinin böyrəklər və qaraciyər üçün də faydalıdır, qanda şəkərin səviyyəsini tənzimləyir, qurdqovucu təsirə malikdir.

4. Yemiş tumlarının dəmləməsi əla kösmetik vasitədir. 2 x.q. üyüdülmüş tumun üzərinə 1 stəkan qaynar su tökün, 5-10 dəqiqə vam odda qaynadın, süzün, soyudun, losyon kimi istifadə edin. Vitaminlər, antioksidantlar və sinklə zəngin olan bu losyon dərini cavanlaşdırır, daha hamar edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.