Qəhvənin ürəyə faydalı miqdarı müəyyən edildi

06 Temmuz 2018
1 140
0
Qəhvənin ürəyə faydalı miqdarı müəyyən edildi
Alimlər müəyyən edib ki, müntəzəm olaraq qəhvə qəbulu ürək-damar sisteminin hüceyrələrini zədələnmədən qoruyur.

Feat.Az
oxu.az-a istinadən bildirir ki, Henrix Heyne adına Düsseldorf universitetinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Universitetin tədqiqat qrupu kofeinin ürəyin əsas hüceyrələrinin mitoxondlarında olan "p27" zülalının aktivləşməsinə təsir göstərdiyini öyrənib.

Nəticədə insan orqanizmində ürək-qan damarlarının daxili divarlarını təşkil edən hüceyrələrin funksiyalarını yaxşılaşdıran prosesslər işə düşür.

Alimlərin təbirincə, bu effektə insan dörd fincan qəhvə qəbulundan sonra nail ola bilər. Kofeinin ürək üçün qoruyucu fəaliyyəti diabet, piylənmə və yaşla bağlı dəyişikliklər zamanı da müşahidə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.