Baş ağrısından qurtulmağın 7 yolu » Feat.Az Sekiller, Xeberler, Yazili

Baş ağrısından qurtulmağın 7 yolu

17 July 2018
266
0
Baş ağrısından qurtulmağın 7 yolu
Baş ağrısı insanların tez-tez şikayət etdiyi xəstəliklərdən biridir. Bəs, ondan necə xilas olmaq olar?

Feat.Az
axşam.az-a istinadən baş ağrısından qurtulamağın 6 asan yolunu təqdim edir:

1. Yaxşı yatmaq - Gün ərzində ən azı, 6, 8 saat yatmaq şərtdir. Yaxşı olar ki, saat 23:30-dan yatağa girəsiniz, 07:30-da ayılasınız.

2. Düzgün qidalanma - əgər təzyiqiniz düşürsə, yaxud qalxırsa, o zaman nə yediyinizə fikir verin.

3. Spirtli içkidən uzaq olun - spirtli içki beyin damarlarını genişləndirir ki, bu da baş ağrısının yaranmasına səbəb olur.

4. Kofeini çox olan içkilərdən də uzaq gəzməyiniz məsləhətdir - Gün ərzində 3-4 fincan kofe, yaxud çay içsəniz, bədəniniz lazımı suyu itirər.

5. Süfrədən duzu götürün - çoxlu duzlu yemək, şoraba da baş ağrısına səbəb olan amillərdən biridir.

6. B vitamini və maqnezium qəbul etmək vacibdir - qida rasionunuzdan ət, süd məhsulları, yumurta və göyərtini əskik etməyin.

7. Düzgün bəsləndiyiniz kimi, düzgün hərəkət etmək də önəmlidir - Bunun üçün hər gün 30 dəqiqə yürüyün.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz