Görmə qabiliyyətini artıran yeni metod hazırlandı

07 Ağustos 2018
1 098
0
Görmə qabiliyyətini artıran yeni metod hazırlandı
Britaniyalı alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar. Belə ki, tədqiqatçılar sarıkök piqmentinin (zərdəçal bitkisinin köklərindən əldə edilən sarı-narıncı rəngli maddə) qlaukomanın ilkin mərhələsinin səmərəli müalicəsində zəruri olacağını ehtimal edirlər.

Feat.Az Trend-ə istinadən bildirir ki, alimlər göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyiblər. Bunun üçün tədqiqatçılar göz damcılarında istifadə olunan surfaktanın tərkibində sarıkök piqmenti olan "nano-daşıyıcı" hazırlayıblar.

Yeni metod sarıkökün ərimə qabiliyyətini 400 min dəfə artırır, piqmentin özü isə göz toxumalarında lokallaşır və torlu qişanın degenerasiyasının sürətinin azalmasına səbəb olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.