Qəhvə içmək erkən ölüm riskini azaldır
Feat.Az deyerler.org-a istinadən bildirir ki, böyük Britaniyanın Saushempton Universitetinin ictimai sağlamlıq üzrə mütəxəssisi Robin Pul bir qrup tədqiqatçı ilə birlikdə, qəhvənin insanın sağlamlığı üzərindəki təsirlərini araşdırmaq üçün tədqiqat aparıblar.
Qrup əvvəllər aparılmış 201 araşdırmanın məlumatlarına və 17 səhiyyə araşdırmasından əldə edilən məlumatları bir yerə toplayaraq, bir nəticə çıxarıblar. Araşdırma qəhvə istehlakının diabet, qaraciyər xəstəliyi, demensiya və bəzi xərçənglərlə bağlı xəstəliklərdə riskin aşağı olması ilə əlaqəli olduğunu müəyyən edib.
Alimlər gündə üç, ya da dörd fincan qəhvə içməyin, hamilə olan qadınlar istisna olmaqla, böyük fayda verdiyini qeyd edib.
Britaniyanın BMJ adlı tibb jurnalında yazılan araşdırmada belə qeyd olunub: "Qəhvə içmək adi istehlak maddələri içində təhlükəsiz görünür".
Ölüm riski və ürək xəstəliklərinin aşağı olması da nizamlı qəhvə içməklə əlaqəli olduğu bildirilir.
Araşdırmada gündə 3-4 fincan qəhvə içənlər və qəhvə içməyənlər müqayisə olunaraq, birinci qrupdakılarda erkən ölüm təhlükəsinin böyük miqdarda azalma olduğu müşahidə olunub.
Bundan başqa bir gündə 3 fincandan çox qəhvə içməyin zərərli olmadığı vurğulanıb, ancaq faydalı təsirinin daha az müşahidə olunduğu qeyd olunub. Araşdırmada qəhvənin ən çox qaraciyər xəstəliklərində fayda verdiyi müşahidə olunub.