Yuxusuz keçən gecələr şəkər riskini artırır

12 Eylül 2018
892
0
Yuxusuz keçən gecələr şəkər riskini artırır
Bir gün yuxusuz keçən gecə qara ciyərin fəaliyyətinə zərər vuraraq steatoz kimi (ciyər piylənməsi) və 2-ci dərəcəli şəkər diabeti xəstəliyinə gətirib çıxara bilər.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bu qənaətə Yaponiyanın Toxo unuversitetinin alimləri gəliblər. Yuxuda ehtiyaclarını ödəyə bilməyən insanlar daha çox yeyir, az hərəkət edirlər və tez-rez 2-ci dərəcəli şəkər diabetindən əziyyət çəkirlər.

Alimlər, zülalın mənimsənilməməsinin yemək vərdişlərindəki dəyişkənliyə, fiziki fəaliyyətə və ya yuxu məhrumiyyətinə görə olub-olmamasını aşkar etmək üçün araşdırma aparıblar. Bunun üçün iki qrup siçan ayrılıb. 1-ci qrupun siçanlarını 6 gün ərzində gecələri yatmağa qoymayıblar. Digərini isə istənilən qədər yatmaq imkanları olub. Hər iki qrupun yağlı qıdadan və şirin sudan istifadə etmək imkanları olub. Yuxudan məhrum olmuş qrupun siçanlarında digər qrupa nisbətdə qanda zülalın miqdarı aşağı düşmüşdür. Bundan əlavə gecə yatmamaq ciyərdə maddələr mübadiləsini tənzimləyən fermentlərə təsir etmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.