Nə üçün səhər yeməyi bu qədər vacibdir?

20 Eylül 2018
1 217
0
Nə üçün səhər yeməyi bu qədər vacibdir?
Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir. Elə atalarımız da səhər yeməyinin insan orqanizmi üçün faydalı olduğunu tövsiyə edib: "Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı isə tərgit".

Bütün bunlara rəğmən bir çoxları səhər qida qəbulundan imtina edirlər. Bunun müxtəlif səbəbləri var. Başlıca səbəblərdən biri iştahasızlıqdır ki, bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edirlər. Bu da insanı yemək fikrindən daşındırır.

Mütəxəssislərin fikrincə, iştahasızlıqla yanaşı ürək bulantıları varsa, həkim müayinəsindən keçmək mütləqdir. Bu simptomlar qastrit, öd kisəsi problemləri kimi bir sıra mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Belə olduqda terapevt və ya qastroenteroloq və USM müayinələrindən keçmək, eləcə də qanın bio-kimyəvi tərkibini yoxlamaq lazımdır. Ürək bulantılarının ağızda acı tamla müşahidə edilməsi öd kisəsi, turşuluq, yanma hissi isə mədə problemlərinə işarədir.

Bu səbəblərdən biri də gecə ödün və ya mədə şirəsinin mədəyə və ya qida borusuna axması ilə bağlı ola bilər.

Dietoloq Nərgiz Nəzərova da səhərlər qida qəbul etməyin insan sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsiri olduğunu deyib. Onun sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsi sadəcə iştahsızlıq və ürəkbulanma ilə əlaqəli deyil: "Bəzi insanlar formada qalmaq üçün səhər qida qəbul etmək istəmir.

Halbuki bu yanaşma qətiyyən həqiqətə uyğun deyil. Çünki səhər yeməyi yeməmək metabolizmi işə salmamaq deməkdir. Gün ərzində qidalar vasitəsilə enerji depolamalıyıq ki, iş fəaliyyətində həmin enerjini sərf edək. Bu enerjinin başlıca qaynağı elə səhər yeməyidir. İnsan orqanizmi qidalardan özünümüdafiə bacarığı üçün lazım olan maddələr alır ki, bu maddələr insanı xəstəliklərə, viruslara, iltihabi xəstəliklər törədən bakteriyalara qarşı qoruyur. Tərkibində "B" və "C" qrupu olan qidalar bu xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir".

Həkimin sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsinin digər səbəbi tənbəlliklə bağlıdır. Onlar zamanlarının çox hissəsini yatmağa və işləməyə sərf edir, buna görə də düzgün və rejimlə qidalanmağa zaman ayırmırlar: "Vaxtının az olması səbəbilə də insanlar yüngül və tez hazırlanan, yaxud da hazır formada olan qidalara üstünlük verirlər. Bu cür qidalar isə heç də sağlam qida hesab edilmir". Dietoloqun dediyinə görə, günümüzdə çox sürətlə yayılan və bir çox müalicəsiz xəstəliklərə səbəb olan piylənmə xəstəliyinin qarşısını almaq üçün mütləq və mütləq səhər yeməyi yeyilməlidir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.