Yaşıl çay xərçəng şişlərinin müalicəsinə necə kömək edir?

26 Ekim 2018
888
0
Yaşıl çay xərçəng şişlərinin müalicəsinə necə kömək edir?
Yaşıl çayın müalicəvi effekti barədə indiyə qədər çox məlumat yayılıb. Lakin indi alimlər müəyyən ediblər ki, yaşıl çayda olan müxtəlif komponentlər, müasir tibb elminə xərçəng şişləri ilə mübarizədə effektiv metodlar hazırlamaqda kömək edəcək, - "Lenta" xəbər verir.

ABŞ-ın Kolumbiya Universitetinin Tibb və Epidemiologiya Mərkəzinin alimlərinin apardığı tədqiqat belə bir nəticəni üzə çıxarıb. Araşdırma aparmaq üçün alimlər döş hissəsində xərçəng şişləri olan qadınlara yarım il ərzində yaşıl çay ekstraktından ibarət dərmanlar verib. Bu müddət ərzində alimlər həmin qadınların qanından analizlər götürüb. Məlum olub ki, həmin müddətdə qadınlarda xərçəng şişləri xeyli azalıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.