Damaq qanaxmalarını və diş ağrılarını tərxunla müalicə etmək olar

28 Eylül 2018
1 008
0
Damaq qanaxmalarını və diş ağrılarını tərxunla müalicə etmək olar
Tərxun ətirli tərəvəzlərdəndir ki, bəzi yerlərdə onu "tərəvəzlərin padşahı" adlandırırlar. Tərxunun tərkbində çox sayda vitaminlər və mineral maddələr vardır. Tərxun damaqda olan qanaxmalar üçün çox faydalıdır. Tarix boyu bu tərəvəzdən diş ağrılarını sakitləşdirmək üçün istifadə edirdilər.

Tərxun yeməyin həzm olunmasına yardım edir. Bəzən mədə stressə görə müəyyən narahatlıqlar keçirir və tərxun yemək həzmə yardım edir. Tərxun mədəni qüvvətləndirər, iştahanı açar. Tərxun sidikqovucudur.

Tərxun tərkibində olan anti-oksidantlara görə bədəndə olan iltihabı aradan qaldırır və bədənin metabolizminə yardım edir. Tərxun həmçinin əzələlərdə olan ağrıları sakitləşdirməyə yardım edir. Bu bitki bədənin viruslar qarşısındakı müqavimətini gücləndirər.

İbn Sina və Zəkəriyya avropalılardan əvvəl tərxunun müalicəvi xüsusiyyətlərini aşkar etmişdilər. Öz tibb kitablarında yazırdılar ki, tərxun mədə yelinin aradan qaldırılmasına yardım edir. İbn Bitar tərxunu süfrə tərəvəzi adlandırır. Bu tərəvəz iştahanı təhrik edir və nəfəsi ətirləndirir.

Tərxun Səlib döyüşlərindən sonra Avropaya daxil olmuşdur. O vaxtdan Avropanın müxtəlif yerlərində tərxundan həm yeməklərdə və həm də salatlarda istifadə edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.