Əsəbləri sakit edən bitkiləri tanıyaq

30 Ağustos 2022
1 666
0
Əsəbləri sakit edən bitkiləri tanıyaq
Stress, əsəb gərginlikləri müasir həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bəzən əsəblərimizi sakitləşdirmək üçün bir neçə sakitləşdirici dərmanların sorağına gedirik. Lakin maraqlısı budur ki, ətrafımızda olan ərzaqların içərisində əsəbləri sakit edən qidaların olduğunu bimirik. Gəlin bu ərzaqlarla tanış olaq.

1. Meyvələr. Meyvələrdən banan, portağal, ananas, alma, üzüm, tut və s. vitaminlərlə zəngin meyvələrdir. Bu meyvələr triptofanı serotoninə çevirir. Serotonin insanı sakitləşdirən hormondur. Ona görə də nə zaman əsəbləriniz gərgin olsa, bu meyvələrdən yeməyə və ya şirəsini içməyə çalışın. İdmançıların bir çoxu ağır yarışlardan sonra banan yeyirlər. Bu meyvənin tərkibində kalium vardır. Bundan baqşa maqnezium, vitamin B6 da vardır. Tərkibində amin turşuları çoxdur. Bədəndə serotonin hormonunu istehsal edər. Bu hormon stressi azaldar və insana sağlam yuxu gətirər.

2. Şirin kartof. Şirin kartofun tərkibində A, C, B vitaminləri və karbohidrat vardır. Şirin katrof sizin əsəb sisteminizi sakitləşdirər, stressi azaldar.

3. Kərəvüz. Kərəfs sterss əleyhinə olan bir ərzaqdır. Əsəb gərginliyindən əziyyət çəkənlər üçün münasib qidadır. Həmçinin yüksək qan təzqiyini aşağı salar. Qan təzqiyi normada olarsa, insan özünü sakit hiss edər.

4. Tərəvəz şorbası. Tərəvəz şorbası da əsəbləri sakitləşdirər. Bu şorba insana yardım edər ki, bədənində olan mikroblardan, iltihablardan xilas olsun. Bu şorbanın tərkibində pomidor, yaşıl bibər, kök, sarımsaq, kərəvüz və ispanaq vardır.

5. Qoz-fındıq. Qoz, fındıq, püstə, badam, günəbaxan tumu, küncüt maqnezium, dəmir, B, E vitamini, selenium və sinklə zəngindir. Bu maddələr beyinə təsir edərək, onu rahatladar.

6. Mayaotu. Mayaotu dərman bitkilərindəndir. Bu bitki insana yuxu gətirər və sakitləşdirər. Bu bikti sterssi azaltmaq və yuxunu nizama salmaq üçün ən təsirli dərmandır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.