Hər kəs üçün vacib məsləhət: dişlərinizi belə qoruyun

09 Kasım 2018
942
0
Hər kəs üçün vacib məsləhət: dişlərinizi belə qoruyun
Diş sağlamlığı hər nə qədər diş fırçalama və ağız qulluğuna bağlı olsa da, qidaların da əhəmiyyətli təsiri var.

Diş sağlamlığı üçün ən əhəmiyyətli 10 amili təqdim edirik.

1. Mexaniki təmizlik. Çeynəmə zamanı mexaniki olaraq dişdə təmizlik gedir. Buna görə ağzın daha az çeynənilən qismində çürüklər daha çox olur. Sərt və lifli qidalar dişdə mexaniki təmizlik edir. Alma, kök, kərəvəz sapı kimi sərt qidaların mexaniki təmizlik təsirindən yararlana bilərsiniz.

2. Saqqız. Saqqız ağız tüpürcəyinin ifrazını artırır. Tüpürcək öz növbəsində ağız daxilində mexaniki təmizlik edir. Çeynərkən şəkərli yox, dadsız, ya da nanəli saqqız çeynəyin.

3. Çürüyün qarşısını alan qidalar. Pendir, şəkərsiz qidalar, şəkərsiz saqqızların içinə qoyulan xylitol maddə və inək südü çürüyün qarşısını alır. Dişlərinizi fırçalamadıqda yediyiniz kiçik bir dilim pendir diş fırçalamağın yerini verə bilər. Ancaq çox məcbur qaldığınız vaxtlarda bunu edin. Yəni hər gün "dişlərmi fırçalamayım, pendir yeyim", - deməyin.

4. Yer fındığı tüpürcək ifrazını artırdığı üçün çürüklərin qarşısını alır.

5. Şəkərsiz süd. Süd kalsium qaynağı olduğundan dişlər üçün çox faydalıdır. Ancaq gecələr uşaqlara verilən südə şəkər qatmayın.

6. Südün içinə bəhməz, bal kimi qidalar qatılması da təhlükəlidir. Bu qidalar dişə yapışır və gecə tüpürcək ifrazı az olduğundan daha çox çürüyə səbəb olur.

7. Anaların hamiləliyin ilk 4 həftəsində A və D vitamini, kalsiumla zəngin qidalar yemələri məsləhətdir.

8. Şəkər, şokolad, biskvit, pudinq, xəmir şirniyyatları, çay şəkəri, mürəbbə, bal həqiqətən çürük yaradan qidalardır.

9. Günortadan sonra acdığınızda yediyiniz şəkərli qidalar dişdə uzun müddət qaldığından və diş fırçalanmadıqda daha çox çürük yaradır.

10. Pəhriz saxlayanlar pəhriz siyahısını diş həkimi ilə də məsləhət etməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.