C vitamini soyuqdəymənin qarşısını alırmı?

06 Aralık 2018
779
0
C vitamini soyuqdəymənin qarşısını alırmı?
Bir çoxları fikirlərir ki, C vitamininin qəbulu soyuqdəymə və ya qripp xəstəliyinin inkişafından xilas edə bilər.

Təəssüf ki, heç bir vitamin və mineral soyuqdəymə və qrippin qarşısını ala bilmir. Lakin araşdırmalar göstərir ki, C vitamini xəstəliyin müddətini azalda bilər.

Finlyandiya alimləri araşdırma zamanı soyuqdəymə xəstəliyi olan bir qrup insana C vitamini verirdilər, digər qrup bu vitamini qəbul etmirdi. Nəticədə məlum olub ki, C vitamini qəbul edən insanlar həqiqətən daha tez sağalıb.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər soyuqdəymə və qrippin ilk simptomlarında C vitamini qəbul etməyi tövsiyə edirlər.

Nəzərə almaq lazımdır ki, bu vitaminin həddindən artıq miqdarda qəbulu orqanizmə ziyan vurur, o cümlədən qaraciyərə toksiki təsir edir. Bu səbəbdən bu və ya digər vitamini qəbul etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.