Ən qədim xərçəng şişi aşkarlandı

22 Şubat 2019
890
0
Ən qədim xərçəng şişi aşkarlandı
Berlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb.

Feat.Az
oxu.az-a istinadən bildirir ki, bu barədə "EurekAlert!" elmi xəbərlər portalında məlumat yayılıb.

Alimlər əmin edir ki, müasir tısbağaların Trias dövründə yaşamış əcdadının bel sümüyündə bədxassəli törəmə olub. Tədqiqat nəticələrinə görə, şişin xarakteristikası bir çox müasir xərçəng xəstələrində müşahidə olunan osteosarkomaya uyğun gəlir.

Bu tip şiş, adətən, sümüklərin səthində yerləşir və sürətlə inkişaf edir. Həmçinin, digər xərçəng növləri ilə müqayisədə, daha erkən metastaz verir (ikinci dərəcəli şişli ocaqlar).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.