Kürəkdə yaranan sızanaqlardan birdəfəlik azad olun - Effektli üsul

12 Mart 2019
1 204
0
Kürəkdə yaranan sızanaqlardan birdəfəlik azad olun - Effektli üsul
Kürəkdə yaranan sızanaqlar bir çox insanı narahat edir. Əsasən də yay aylarında bu sızanaqlar bir qədər də çoxalır və estetik görüntünü pozur. Kürəkdə yaranan sızanaqların bır çox səbəbləri var.

Üz dərimizdə olduğu kimi kürəkdə də piy vəziləri var. Ölü dəri hüceyrələri və bakteriyalar bu piy vəzilərini tıxayaraq, sızanaqların əmələ gəlməsinə səbəb olur. Bundan əlavə qaraciyər xəstəlikləri, dar geyimlər, qeyri-sağlam qidalanma, stress, hormonal dəyişiklirlər də kürək bölgəsində sızanaqların yaranmasına səbəb ola bilər.

Kürəkdə yaranan sızanaqları necə aradan qaldırmaq olar?

Feat.Az medicina.az-a istinadən sızanaqlardan qurtulmaq üçün ən effektli reseptləri təqdim edir:

- Alma sirkəsi

Bir stəkan suya 1 yemək qaşığı sirkə qatın. Bu məhlulu kürəyinizdəki sızanaqlara masaj edərək yedirin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalanın. Daha sonra isə həmin nahiyəyə nəmləndirici krem çəkin. Bu qarışımı sızanaqlar tamam itənə qədər gündə 2 və ya 3 dəfə tətbiq edə bilərsiniz.

- Çay ağacı yağı

Qulaq çöpünə 1-2 damcı çay ağacı yağı damızdırın və sızanaqların üzərinə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu yağı bal ilə qarışdırıb da istifadə etmək olar. Ancaq dəriniz həssasdırsa o zaman yağı 3/1-ə nisbətində su ilə qarışdırıb istifadə etməlisiniz.

- Sarıkök

1-2 desert qaşığı sarıkök tozuna bir az küncüt yağı qataraq məcun halına gətirin və bu qarışımı sızanaqlara sürtün. Gündə 1 və ya 2 dəfə tətbiq edə bilərsiniz.

- Limon

Bir dilim təzə limonu, kürəkdə sızanaqların olduğu bölgəyə sürtün. 10 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə yuyun. Bunu gündə 1-2 dəfə təkrarlaya bilərsiniz. Əgər dəriniz həssasdırsa onda limonu birbaşa dərinizə çəkməyin. Onu eyni miqdarda gül suyu ilə qarşıdırıb istifadə edə bilərsiniz. 20-25 dəqiqə gözlədikdən sonra soyuq su ilə yaxalayın. Gündə 2 dəfə təkrarlaya bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.