Sabah bunu edənlər bütün xəstəlikdən uzaq olacaq

17 Mart 2019
1 066
0
Sabah bunu edənlər bütün xəstəlikdən uzaq olacaq
Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq. Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

Feat.Az
publika.az-a istinadən xəbər verir ki, Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələrini təmizləmək, arxları qaydaya salmaq, su hövzələrində abadlıq işləri görmək, su ilə bağlı müxtəlif şənliklər keçirmək adətdir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanırlar.

Xalq inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər il boyu xəstəlikdən uzaq olarlar. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanc, fal, türkəçarə, bayatı, əfsanə və rəvayətlər mövcuddur.

Su çərşənbəsində sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun.

Su çərşənbəsində gənc qızlar su fallarına baxarlar. Su çərşənbəsində insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında "lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə, bu suyun özgə hikməti var. Onu bir neçə qaba töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər ildən sonra gəlin köçəcək. Hər bir bölgənin özünəməxsus su falları var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, demək, sevgililər tezliklə bir-birinə qovuşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.