Qarında piy: ƏSAS TƏHLÜKƏLƏR

13 Mart 2019
1 089
0
Qarında piy: ƏSAS TƏHLÜKƏLƏR
Bu gün bədəndə yığılan piy - insanın ən böyük düşmənindən birinə çevrilib. Ondan yorucu məşqlərdən tutmuş bütün mümkün pəhrizlərə kimi müxtəlif yollarla xilas olunmağa çalışılır. Əslində piy orqanizmə vacibdir və birmənalı olaraq orqanizmdə problemin göstəricisi deyil. Əsas məsələ belin ölçüsüdür.

Piy bədəndə paylanmasına görə iki yerə bölünür.

Birincisi dərialtı piy - enerji anbarıdır. Orqanizm onu ehtiyat kimi dəri altında piy hüceyrələrində saxlayır.

İkincisi - visseral piydir və daxili orqanların ətrafında, hətta özündə yığılır. İnsan üçün təhlükəli olan da elə bu piydir, çünki orqanların normal funksiyasına mane olur.

Ola bilər ki, insanın normal çəkisi və kütlə indeksi olsun. Lakin belin dairəsi qadınlarda 80 sm-i, kişilərdə isə 94 sm-i keçirsə, bu qidalar və fiziki məşqlər barədə düşünməyin vaxtı olduğunu göstərir. Əgər bu göstəricilər uyğun olaraq 88 və 102 sm olarsa arıqlamaq üçün ciddi işlər görülməlidir. Araşdırma göstərir ki, abdominal piylənmə digər faktorlardan asılı olmayaraq çox zərərlidir.

Ürək damar xəstəlikləri

Ehtimal ki, ən böyük risk elə burdadır. Ürək-damar xəstəlikləri - dünyada ən böyük ölüm səbəblərindəndir. Qarın ətrafı piy də ürək xəstəliyini inkişaf elətdirən faktorlardan biridir. 2013-cü ildə yarım milyon qadın arasında aparılan araşdırma göstərib ki, bel dairəsi nə qədər böyükdürsə, onlarda o qədər tez ürəyin işemik xəstəliyi diaqnozu qoyulub. Hər artıq 5 sm riski 10 faiz artırır.

Feat.Az faktxeber.com-a istinadən bildirir ki, daha bir elmi iş bu məlumatları təsdiqləyib. Normal çəkisi olan, ancaq beli həkimlərin təyin etdiyi "normadan" geniş olanlar təqribən 2 dəfə çox infarktdan və arteriyal tıxanmalardan əziyyət çəkiblər, həmçinin daha çox ürək və damar xəstəliklərindən ölüblər.

Alimlər bildirirlər ki, visseral piy həm də endokrin orqandır və bu piy həddindən artıqdırsa orqanizmdə hormonal balans pozulur. Beləliklə, metobilzm problemləri və insulinə həssaslıq yaranır ki, bu da ürək üçün təhlükəlidir.

Diabet

Araşdırmalara görə 2-ci tip diabetdə (və digər xroniki xəstəliklərdə) risk faktoru ciyərin disfunksiyasıdır. Piy hüceyrələri metobolit ifraz edir, lakin həm metabolitlərin çox olmasına və ətrafının piylə örtülməsinə görə, ciyər tam işləyə bilmir. Ciyərin əsas funksiyalarından biri qandakı şəkərin miqdarına nəzarət etməkdir. Əgər orqan bu məsələni tam həll edə bilmirsə, bu diabetin yaxınlaşdığını göstərir.

Xərçəng

Abdominal piylənmə xərçənglə də (xüsusən süd vəzisində və ya yoğun bağırsaqda) nəticələnə bilər. Uyğun araşdırmalar Koreya və Hindistanda aparılıb.

Beynin işində pozulmalar

Araşdırmalar göstərib ki, yaşlaşdıqca bel ətrafında piylənməyə meyilli olanlarda qocalanda daha çox demensiyaya (ağılın zəifləməsi) məruz qalır.

Aparılan araşdırmalar göstərib ki, qarında artıq piy beynin həcminin kiçilməsinə gətirir (beləliklə onun funksionallığı da azalır). Mütəxəssislər həmçinin vurğulayıblar ki, qarın ətrafında artıq piy həmçinin beynin strukturuna da təsir göstərir.

Beləliklə, piylənmədən piylənməyə də fərq var. Əgər artıq çəki bütün bədənə yayılıbsa bu piyin qarına yığılmasından daha az təhlükəlidir.

Kim öz səhhəti ilə ciddi məşğul olmaq istəyirsə, həkimlər məsləhət görür ki, qidanlanmasına (tərkibinə və miqdarına) fikir versin, çoxlu hərəkət etsin, alkoqollu içkilərdən və şəkərdən (xüsusən içkilərdə) uzaq dursun və kifayət qədər yatsın. Bu tövsiyələrdə təzə heç nə yoxdur, ancaq bu məsləhətlər təkər kimidir - uzun illər qabaq yaranıb və bu günə kimi aktualdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.