Sarımsaq ilə dırnaqlarınızı gücləndirin

21 Nisan 2019
978
0
Sarımsaq ilə dırnaqlarınızı gücləndirin
Sarımsağı faydaları barədə çox məlumatlar var. Bu tərəvəz sağlamlıq üçün faydalı olmaqla yanaşı həm də gözəllik vasitəsi kimi də tətbiq edilir. Asan qırılan və zəif olan dırnaqların əlacı sarımsaqdır.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, sarımsaq sidikqovucu xüsusiyyətə malikdir və bəzi xərçəng növlərinin qarşısını alır.

Dırnaqlar gün boyunca onlar zəiflədən bir çox maddələrə məruz qalırlar. Bunun aradan qaldırılması üçün ən yaxşı təbii vasətələrdən biri sarımsaqsır. Qoxusu sərt olsa da, dırnaqların sağlam və möhkəm olması üçün sıramsaqdan istifadə etmək yaxşı nəticə verir.

Bunun üçün 1 diş sarımsaq və rəngsiz bir dırnaq boyasına ehtiyacınız var. Sarımsağı soyub əzin. Daha sonra onu dırnaq boyası qabına tökün. Dırnaqlarınıza çəkin və bir müddət saxlayın. Bunu bir neçə dəfə təkrarlamaq tələb olunur.

Bundan əlavə dırnaqlarınızı sarımsaqlı suda da saxlamaq yaxşı effeklt verir. Bunun üçün 2 diş sarımsağı bir qab suya ataraq 15 və ya 20 dəqiqə saxlayın. Daha sonra sarımsağı sudan çıxararaq əllərinizi 15 dəqiqə həmin suda saxlayın. Bu prosedur dırnaqlarınızın möhkəmlənməsinə səbəb olacaqdır.

Təmiz dırnaq boyası qabına əzilmiş sarımsaq və zeytun yağı tökün. Boyasız dırnaqlarınıza çəkərək 15 dəqiqə saxladıqdan sonra silin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.