Gündə 2 mixək yesəniz, bədəninizdə nələr olar?

22 Nisan 2019
1 157
0
Gündə 2 mixək yesəniz, bədəninizdə nələr olar?
Ana vətəni İndoneziya olan və yalnız Şərqi Afrika ilə Cənub Asiyanın müəyyən bölgələrində yetişən mixək, dünyanın ən məşhur ədviyyatlarından biridir. Bəs, gündə iki mixək yemək, bədəninizdə hansı təsirlərə səbəb olur?

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bsədənimizi sağlam tutmaq üçün təbiətdə olan meyvələrin, tərəvəzlərin və bitkilərin faydalarını görməmək qeyri-mümkündür.

Gündə yalnız 2 mixək yemənin faydaları:

1. İmmun sistemi gücləndirir

Mixək ehtiva etdiyi C vitamini sayəsində, infeksiyalara mübarizəni təmin edən ağ qan hüceyrələrinin miqdarını artırdığı üçün immunitetimizi gücləndirmək adına istehlak edə biləcəyiniz ən yaxşı təbii dərmanlardan biridir.

2. Həzmi yaxşılaşdırı

Mixək daha çox həzm fermenti ifraz etməyə köməkçi olduğu üçün həzm problemlərini aradan qaldırır. Bundan əlavə, mixək əhəmiyyətli bir lif qaynağı olduğu üçün həzm sağlamlığına və qəbizliyi önləməyə köməkçi olur.

3. Diş ağrısına qarşı yaxşı təsir edir

Bu ədviyyatın lokal anestetik xüsusiyyətləri də var. Dişiniz ağrıyırsa, ağrıyan dişin üzərinə bir ədəd mixək yerləşdirməniz, həkimə gedənə qədər kifayət edir.

4. Qaraciyərin sağlamlığını təmin edir

Qaraciyərimiz bədənimizi tullantılardan təmizləməklə vəzifəlidir. Mixək yağının ehtiva etdiyi ojenol, qaraciyər funksiyalarını yaxşılaşdırır.

5. Bədəndəki ağrı və yanğıları azaltmağa köməkçi olur

Mixək ağrı kəsici və anti-iltihab xüsusiyyətlərini də ojenol sayəsində alır. Mixəyi ağrı kəsici olaraq istifadə edib bu xüsusiyyətindən faydalana bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.