Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi - İnsanı daşa çevirən yam-yam

09 iyun 2019
307
0
Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi - İnsanı daşa çevirən yam-yam
Sklerodermiya - dəri və bədənin digər orqanlarına təsir göstərən nadir xəstəlikdir. Dəriyə bərklik və elastiklik qazandıran proteinin çox ifrazından yaranan qatılıq və bükülməzlikdir. Bu xəstəlik adi dəri tutulmasından orqan tutulmasına qədər gedib çıxa bilir. Feat.Az medicina.az-a istinadən bu nadir rastlanan xəstəlik haqqında yazını təqdim edir.

Bədənin immunitet sistemindəki anormallıqdan dolayı yaranan bu xəstəlik uzun müddət səssiz inkişaf edə, bəzən isə tez bir zamanda özünü göstərə bilər. Tibb dilində "Qatı dəri xəstəliyi" adlanan skleroderma xalq dilində "Yamyam xəstəliyi", ya da "İnsanı daşa çevirən" xəstəlik kimi tanınır. Xəstəlik zamanı hüceyrələr öz toxumasına hücum edib əzələ toxuması və hüceyrələri yeyir.

Endryu Shilliday adlı kişi dərisində qabıqlama əlamətlərinə görə xəstəxanaya müraciət edir. Ona Scleroderma diaqnozu qopyulur. Zaman keçdikdə əl və ayaqlarında qaralma müşahidə edilir. Bu durumun az qala ölümə aparan qanqrena olduğu bildikdən dərhal sonra həmin nayihələr kəsilir.

Mütəxəssislər bu xəstəliyin əlamətlərinə qarşı diqqətli olmağa çağırır. Skleroderma dəri qalınlaşması və gərginliyidir. Təkcə dəriyə deyil, ağciyər, ürək və qan damarları, qida borusu, mədə, böyrək, bağırsaqlara da mənfi təsir edir.

Pasiyent həyatını alt-üst edən bu vəziyyətə görə 8 ay xəstəxanada qalıb.

Əl və ayaq əzaları kəsildikdən sonra iş qabiliyyətini bərpa etmək üçün xeyli çətinlik çəkib. Xəstəliyi barəsində açıqlama verən Shilliday deyib ki, orqanlarımda qaralma görüldükdən sonra vəziyyətin ciddiyətinin fərqinə vardım. "Tuluq zurnası ifaçısıyam, musiqi dərləri keçirəm, bu istəyimin qarşısına heç nə keçə bilmir.

Çətin də olsa yenidən yeriməyi öyrəndim. Bu musiqi alətinə olan sevgim məni əvvəlki həyatıma qaytardı.

Hər 2 min insandan birində rast gəlinən xəstəlik qadınlarsa kişilərə nisbətən 8 dəfə çox görülür. Əkizlərdə və autotoimmun əzələ toxuması xəstəsi olan ailə üzvlərində yaranma sıxlığı daha yüksəkdir.

Daha çox 30-50 yaş arası insanlarda görülən xəstəlik uşaqlara da təsir edir. Özünə yaxşı baxan, yaxşı qidalanan insanlarda xəstəliyin görülmə nisbəti daha azdır. Xəstəlik nadir halda da olsa ölümə səbəb olur.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
0

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sıradan Biri Yazılı Şəkilləri 2019 (1)
15:00
126

Sıradan Biri Yazılı Şəkilləri 2019 (1)

Qaraciyəri təmizləyən ƏSL MÖCÜZƏ
14:00
63

Qaraciyəri təmizləyən ƏSL MÖCÜZƏ

Ayrılıq Bürclərə Necə Təsir Edir - Fotolar
13:00
174

Ayrılıq Bürclərə Necə Təsir Edir - Fotolar

Harvard professoru uzun yaşamağın sirrini açdı
12:00
72

Harvard professoru uzun yaşamağın sirrini açdı

Bananlı çörək resepti
11:00
74

Bananlı çörək resepti

Səbəbim Yazılı Şəkilləri 2019 (57)
10:00
505

Səbəbim Yazılı Şəkilləri 2019 (57)

Tarixdə Bu Gün - 25 İyun
09:00
58

Tarixdə Bu Gün - 25 İyun

Sevgilim Yazılı Şəkilləri 2019 (34)
21:00
1 003

Sevgilim Yazılı Şəkilləri 2019 (34)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ